ATU-da rezidentlər üçün tiroid əməliyyatlarına dair seminar keçirilib
29.05.2022 09:15
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) rezidentlər üçün aktual tibbi mövzuya həsr olunmuş növbəti maraqlı seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbir “Mən tiroid əməliyyatını necə icra edirəm?” mövzusunda keçirilib.
 
ATU-nun Tədris Cərrahiyyə Klinikasının endokrinoloq cərrahı Azər Hümmətov rezidentlər üçün qalxanabənzər vəzin cərrahi anatomiyası, əməliyyat üsulları, əməliyyat texnikası barədə geniş məlumat verib. Cərrah həmçinin qayıdan qırtlaq sinirinin variasiyaları, sinir monitorinq cihazı ilə birgə əməliyyatlar və əməliyyat zamanı baş verə biləcək ağırlaşmalar haqqında da rezidentləri məlumatlandırıb.
 
Qeyd edək ki, gələcəyin həkimləri üçün çox faydalı olan bu layihə ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri Məlahət Sultanova və TCK-nın rezidentlərə məsul şəxs Namiq Xəlilovun təşkilatçılığı, universitetin kafedralarının və klinikalarının həkimlərinin dəstəyi ilə həyata keçirilir.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?