Əziz Sancar: “Məmləkətim deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam”  
28.05.2022 16:27

“Bu gün Türk dünyasında ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümüdür. Bu münasibətlə Azərbaycanı, bütün Türk dünyasını təbrik edirəm”.

 

Aztibb.az-ın məlumatına görə, bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında çıxışında Nobel mükafatı laureatı Əziz Sancar bildirib.

 

Əziz Sancar deyib ki, "Texnofest Azərbaycan" texnoloji festivalında iştirakı üçün çox xoşbəxtdir: “Bir tövsiyəm var. Mən xərçəng xəstəliyi ilə bağlı çalışarkən Nobel mükafatı almaq üçün çalışmadım, insanlığa xeyir vermək üçün çalışdım. Dürüst, əxlaqlı olun. Bu formada çalışarkən mükafatınızı da alarsınız. Fatih Sultan Mehmet İstanbulu fəthdən əvvəl demişdi ki, ya mən səni alacam, ya da sən məni alacaqsan. Əziz gənclər, Vətəninizi sevin. Mənim üçün ən önəmli olanlardan biri Türk Dünyasının inkişafıdır. Mardində kasıb bir ailədən gələn bir uşağa bir şansı verən məmləkətinizə güvənin. Məmləkətim deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam”.


Əziz Sancar qeyd edib ki, gəncliyində hər dəfə 40 saat davamlı çalışıb, indi isə 12 saat çalışır : “Siz gənclərə elmə yönəldən, bu festivalı təşkil edənlərə təşəkkür edin. Bu festivala dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Tanrı Türkü qorusun!”

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib