Hepatit B virusunun erkən aşkarlanması üçün maarifləndirmənin aparılması vacibdir
28.05.2022 13:29

Bakı Sağlamlıq Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyi “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” mövzusunda konfrans keçirib. Konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” Assosiasiyasının tərəfdaşlığı ilə keçirilib.


İctimai Birlikdən verilən məlumata görə, tədbirdə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov mövzunun aktuallığından bəhs edib və belə tədbirlərin davamlı olmasını arzulayıb.

 

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, bizim əsas vəzifələrimizdən biri sağlam gəncliyi olan cəmiyyət formalaşdırmaqdan ibarətdir. O, ölkəmizdə gənclərin inkişafı, maariflənməsi üçün geniş imkanlar yaradılmasının vacibliyini vurğulayıb. Həmçinin hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusunun gec aşkarlanmasının ölümcül təhlükəyə səbəb olmasından və onun qarşısının alınması məqsədilə həmin xəstəliyin əlamətlərinə dair məlumatlılığın yetəri qədər olması üçün maarifləndirmə tədbirlərinin vacibliyindən söz açıb.


Daha sonra “Sağlam bəşəriyyətin təhdidi - hepatit” videoçarxı nümayiş etdirilib.


Konfransda "Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayevanın “Virusun yayılma yolları və diaqnostikası”, qastroenteroloq-hepatoloqlar Arzu Hüseynovanın “Viruslu hepatit B profilaktikası”, Rəqsanə Cəlilovanın “Viruslu hepatit B-nin müalicəsi”, infeksionist Yusif Alxazovun “Hepatit B virusu” mövzularında məruzələri dinlənilib.

 

Tədbir zamanı hepatitlə mübarizə haqqında maraqlı təkliflər verilib, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub