Qazaxıstanlı tələbələr ATU-da təcrübə keçiblər  
27.05.2022 09:50

S.D.Asfendiyarov adına Qazax Milli Tibb Universiteti Stomatologiya fakültəsinin 20 nəfər IV kurs tələbəsi Azərbaycan Tibb Universiteti (ATU) ilə bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində 10 gün ərzində ATU-nun Stomatologiya fakültəsinin Ağız və üz-çənə cərrahiyyəsi, Terapevtik stomatologiya, Ortopedik stomatologiya və Uşaq stomatologiyası kafedralarında həkim-stomatoloq köməkçisi qismində təcrübə keçiblər.

 

Tələbələr bu kafedralarda seçdikləri ixtisasa uyğun təlimlərdə iştirak edib, aparılan əməliyyatlara qatılıb və innovativ müalicə üsulları ilə yaxından tanış olublar. Sonda onların bilik və bacarıqları qiymətləndirilib.

 

Təcrübənin sonuncu günündə qonaq tələbələrlə görüş keçirilib. Görüşdə Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və mübadilə proqramları üzrə koordinator Dünya Bayramova iştirak ediblər. Qazaxıstanlı tələbələr ATU-da olduqları bu müddət ərzində keçdikləri təcrübə dərslərindən razı qaldıqlarını söyləyib, onlara yaradılan hərtərəfli şərait və yüksək qonaqpərvərliyə görə ATU rəhbərliyinə, xüsusi olaraq universitetin rektoru, professor Gəray Gəraybəyliyə təşəkkür ediblər.

 

Onlar qeyd ediblər ki, burada təcrübə zamanı əldə etdikləri bilik və bacarıqlar gələcək peşə fəaliyyətləri zamanı böyük əhəmiyyət kəsb edəcək. Görüş qonaq tələbələrə müvafiq sertifikatların təqdim olunması ilə başa çatıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub