Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlıq edəcək
26.05.2022 17:56
TƏBİB-in Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (ETTOİ) və İstanbul Universiteti-Cərrahpaşa arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
 
Memorandum tərəflər arasında uzunmüddətli qarşılıqlı faydalı elmi əməkdaşlığın dərinləşməsi, tibbi əməkdaşlığın möhkəmləndirilməsini ehtiva edir.
 
Sənədin imzalanması mərasimində tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, təlimlərin birgə təşkili müzakirə olunub.
 
Çıxış edən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov İstanbul Universiteti-Cərrahpaşanın təkcə Türkiyədə deyil, dünyada da tibb sahəsində yeniliklərə nail olduğunu, yüksəkixtisaslı kadr hazırlığına töhfə verdiyini vurğulayıb. E.Qasımov səhiyyənin inkişaf etdirilməsi, institutda tibbi xidmətin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışıb. O, vətəndaşların travmatoloji əməliyyatlarının icbari tibbi sığorta çərçivəsində ödənişsiz icra edildiyini qeyd edib. Elviz Qasımov gələcəkdə tibb işçilərinin təkmilləşdirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinin, həmçinin birgə elmi tədqiqatların aparılmasının vacibliyindən danışıb.
 
İstanbul Universiteti-Cərrahpaşanın rektoru professor dr. Nuri Aydın Azərbaycan Türkiyə arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də sıx əməkdaşlığın olduğunu bildirib. Nuri Aydın rəhbərlik etdiyi ali məktəb haqqında, tədris prosesi, həyata keçirilən layihələr barədə məlumat verib, əməkdaşlıq çərçivəsində görüləcək işlərin vacibliyindən danışıb. O, İstanbul Universiteti-Cərrahpaşanın tibb sahəsində bir marka olduğunu vurğulayaraq səhiyyə ilə bağlı Türkiyədə bir sıra yeniliklərə imza atdıqlarını da söyləyib. Nuri Aydın özü də tanınmış bir travmatologiya mütəxəssisi olaraq Azərbaycanın bu sahədə ixtisaslaşmış universiteti ilə uğurlu işlərə imza atacaqlarına inandığını bildirib. Daha sonra birgə görüləcək digər işlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
Sonda Nuri Aydının rəhbərlik etdiyi nümayəndə heyəti İnstitutun binası və görülən işlərlə tanış olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub