Professor Gəray Gəraybəyli Cərrahpaşa Universitetinin rektoru ilə görüşüb
26.05.2022 14:17

İstanbul Universiteti Cərrahpaşa ali məktəbinin rektoru və nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Səfər çərçivəsində Türkiyə universitetinin nümayəndə heyətinin ATU rəhbərliyi ilə görüşü də baş tutub.

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qonaqlarla görüş zamanı Azərbaycan-Türkiyə arasındakı əsl qardaşlıq münasibətləri, ikitərəfli əlaqələrin hər sahədə güclənməsi və inkişafı haqqında fikirlərini bölüşüb. Rektor G.Gəraybəyli pandemiya dövründə, sonradan isə Vətən müharibəsi zamanı Türkiyənin güclü dəstəyinin bütün xalqımız tərəfindən yüksək qiymətləndirildiyini də vurğulayıb:

 

“Azərbaycan Tibb Universitetinin Türkiyənin aparıcı universitetləri, o cümlədən İstanbul Universiteti Cərrahpaşa ilə əməkdaşlığa dair sazişləri var. Bu cür memorandumlar çərçivəsində qarşılıqlı işlərimizin olması çox sevindiricidir. Bu günlərdə paytaxtımızda Türkiyə ilə münasibətlərin növbəti nümayişini görmək mümkündür. Türkiyənin məşhur “Texnofest” festivalının Bakıda keçirilməsi ilə əlaqədar çoxluq qonaqlarımız var. Bu da qarşılıqlı əlaqələrin hər sahədə yüksək səviyyədə olduğunu göstəricisidir”.

 

Professor Gəray Gəraybəyli qonaqlara 2022-ci ilin “Şuşa ili” elan edilməsi, bununla əlaqədar ölkədə və ATU-da keçirilən genişmiqyaslı tədbirlər barədə də məlumat verib.

 

İstanbul Universiteti-Cərrahpaşa Universitetinin rektoru, professor Nuri Aydın bu günlərdə Bakıda olmasından məmnunluğunu bildirərək qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafı haqqında danışıb. Rektor həmçinin, ATU ilə əməkdaşlıq memorandumu çərçivəsində görülən işlər barədə qeydlərini bildirib. Tələbə, rezident və həkim mübadiləsini daha da genişləndirməyəehtoyac olduğunu bildirərək bu sahdəə təcrübənin bölüşməyə hər zaman hazır olduqlarını da bildirib.

 

Sonda görüş iştirakçıları xatirə hədiyyələri və təşəkkür plaketlərini təqdim ediblər.

 

Görüşdə ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Cərrahpaşa Universitetinin rektor köməkçisi professor Mehmet Bilgin, Baş katib professor Erdoğan Köse iştirak ediblər.

 

Görüşdən sonra Türkiyədən olan nümayəndə heyəti ATU-da Şuşa ilinə həsr edilmiş ədəbi-bədii tədbirdə də iştirak ediblər, tələbələrdən ibarət musiqi qruplarının çıxışlarını dinləyiblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub