ATU-nun rektoru ATUREK-10 qaliblərini təbrik edib
25.05.2022 16:37
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş rezidentlərin elmi-praktik konfransı (ATUREK) çərçivəsində keçirilmiş müsabiqənin qalibləri ilə görüşüb.
 
Aztibb.az xəbər verir ki, rektor G.Gəraybəyli qələbə münasibətilə rezidentləri təbrik edərək onlara elm yolunda uğurlar arzulayıb:
 
“Qloballaşan dünyada elmlə məşğul olmaq tədricən çətinləşir. Çünki müasir reallıqda insanların, həkimlərin, tibb təhsili ilə məşğul olan gənclərin elm yolundan uzaqlaşmasına səbəb olan amillər çoxdur. Odur ki, sizin kimi istedadlı, elmi tədqiqatlara həvəs göstərən gənclərimiz olduğuna görə çox sevincliyəm. Gələcəkdə hər birinizin adını çox yüksəklərdən eşidəcəyimizə inanıram”.
 
ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxışında ATUREK-10 konfransının təşkili ilə bağlı göstərilən dəstəyə görə rektor professor G.Gəraybəyliyə təşəkkür plaketi təqdim edib.
 
ATU-nun rektoru G.Gəraybəyli universitet tərəfindən ATUREK konfransının təşkilinin artıq ənənə halını aldığını vurğulayaraq bu tədbirin rezidentlər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Görüşün sonunda qalib rezidentlərə sertifikatlar təqdim olunub.
 
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş ATUREK-10 konfransında səhiyyənin müxtəlif mövzularını əhatə edən çıxış və müzakirələr aparılıb. Plenar iclasda çıxış edən rezidentlərdən müxtəlif ixtisaslar üzrə adları aşağıda çəkilənlər (ümumilikdə 18 nəfər) münsiflər heyəti tərəfindən qalib seçilib.
 
1.Küşvər Seyidova (ATU)
2.Mehriban Sarıyeva (ATU)
3.Elçin Teymurov (ATU)
4.Nərminə Dahazi (ATU)
5.Nərminə Abaslı (ATU)
6.Afaq Həsənova (ATU)
7.Səbinə Hacızadə (ATU)
8. Günel Məmmədova (ATU)
9.Səbinə Məmmədova (ATU)
10.Vüsalə Tağıyeva (ATU)
11.Gülcan İsakzadə (İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialı)
12.Süzən Qəhrəmanova (Milli Onkologiya Mərkəzi)
13.Natiq Məmmədov (Mərkəzi klinika)
14. Möhübbət İsmayılov (Ə.Əliyev adına ADHTİ)
15.Səkinə Cəfərova (Ə.Əliyev adına ADHTİ)
15.Fərhad Həsənli (Mərkəzi Gömrük Hospitalı)
17.Güllüxanım Həsənli (Mərkəzi Gömrük Hospitalı)
18.Tural Rəcəbov (Baku Medical Plaza)
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub