Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başlayıb
25.05.2022 14:35

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda insanın immunçatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP - PrEP) adlı pilot layihənin icrasına başlayıb.

 

Bununla əlaqədar İİV-ə yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlər aparan qeyri-hökümət təşkilatlarının əməkdaşlarına təlim təşkil edilib. Məqsəd risk qrupuna aid şəxslərdə İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılmasıdır.

 

Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur.

 

İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilir, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilir, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub