25 may - Dünya Qalxanabənzər Vəzi Günüdür
25.05.2022 09:49

Bütün dünyada 2009-cu ildən mayın 25-i Dünya Qalxanabənzər Vəzi Günü (World Thyroid Day) kimi qeyd edilir.

 

Günün təsis olunma təşəbbüsü qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tiroid Assosiasiyası (European Thyroid Association) tərəfindən irəli sürülüb. Azərbaycanda isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd olunmağa başlayıb. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

 

Tibbi statistikaya əsasən dünya əhalisinin üçdə biri bu orqanın fəaliyyət pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxmini 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsindən isə təxmini 10-30 faiz insan əziyyət çəkir.

 

Qeyd edək ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir–maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir.

 

Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod insan orqanizminin fəaliyyəti üçün önəmli elementdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib