Alimlər meymunçiçəyinə qarşı effektiv dərman vasitəsi aşkar ediblər
25.05.2022 08:13

ABŞ-da hazırlanmış çiçək xəstəliyinə qarşı tekovirimat preparatı meymunçiçəyi ilə mübarizə üçün uyğun vasitə olduğu aşkarlanıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Lancet" elmi nəşri yazır.

 

"Həmkarlarımız meymunçiçəyi epidemiyasının yayılmasının səbəblərini araşdırmağa çalşdığı müddətdə, biz bu xəstəliklə mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə olunduğu ilə maraqlandıq", - Böyük Britaniyanın Liverpul Universitetinin elmi işçisi Hyu Adler deyib.

 

O, qeyd edib ki, 2018-2021-ci illər üzrə məlumatların təhlilinin nəticələrinə əsasən, iki əsas dərman - brincidofovir və tekovirimat müəyyən edilib. Birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə proqramına uyğun olaraq yaradılmışdır.


Tekovirimat insan çiçək virusunun replikasiyasını dəf etməyi bacardığı halda, brincidofovir isə o qədər də effektiv vasitə olmadığı üzə çıxıb. Alimlər hesab edirlər ki, daha az təhlükəli olan meymunçiçəyi də tekovirimat preparatı ilə müalicə olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub