Biofizika İnstitutu “TEKNOFEST Azərbaycan” sərgisində intellektual məhsullar təqdim edəcək  
24.05.2022 22:46

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu mayın 26-29-da “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq sərgidə süni intellektə əsaslanan və ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutan texnologiya təqdim edəcək.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, bu haqda Biofizika İnstitutunun elmi işçisi Arzu Aydəmirova açıqlama verib.

 

O bildirib ki, Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzi tərəfindən süni intellektin tətbiqi ilə ağciyər xərçəngi xəstələrini 80-90 faiz dəqiqliklə identifikasiya etməyə imkan verən yeni model yaradılıb. Hətta inkişaf etmiş ölkələrdə ağciyər xərçəngi üçün skrininq metodunun mövcud olmadığını deyən Arzu Aydəmirova tədqiqat işinin önəmini vurğulayıb: “Ağciyər xərçəngi xəstələrinin səmərəli müalicəsi üçün xəstəliyin erkən aşkarlanması son dərəcə vacibdir ki, bu da effektiv skrininq metodlarının yaradılmasını zəruri edir. Hazırda geniş istifadə olunan diaqnostik metodlar – kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiya və pozitron emissiya tomoqrafiyası sözügedən xəstəliyin aşkarlanması üçün mükəmməl vasitələr hesab olunsa da, bu üsullar xəstəliyin aşkarlanmasının geniş tətbiqinə, yəni skrininqinə imkan vermir”.

 

Arzu Aydəmirova bildirib ki, tədqiqat işi çərçivəsində 47 sağlam şəxsin və 50 ağciyər karsinoması xəstəsinin qan nümunələri tədqiq olunub. Sağlam şəxslərin və ağciyər karsinoması xəstələrinin qan plazmalarının furye çevirici infraqırmızı spektrləri çoxvariantlı statistika metodları ilə klassifikasiya edilib, ağciyər xərçəngi modeli yaradılıb və bunun əsasında süni intellekt vasitəsilə anonim qan nümunələrinin testləri aparılaraq diaqnostik proqnozlar verilib. Yaradılan model sağlam qan nümunələrini 80 faiz, xərçəng hüceyrəsi nümunələrini isə 90 faiz dəqiqliklə müəyyən etməyə imkan verir. Tədqiqatlar nəticəsində məlum olub ki, minimal invaziv və sürətli olan, yüksək vəsait tələb etməyən müvafiq metod əhalinin risk təbəqəsindən olan şəxslərin genişmiqyaslı skrininqi üçün çox əhəmiyyətli ola bilər. Hazırda modelin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

 

O qeyd edib ki, sonradan Çin alimləri də bu tədqiqat işi ilə əlaqədar olaraq mühüm nəticələr əldə edib və ağciyər xərçəngi xəstələrini 87,1 faiz dəqiqliklə müəyyən etməyə nail olublar.

 

Texnologiya sahəsində ən son yeniliklərin nümayiş etdiriləcəyi “TEKNOFEST Azərbaycan” festivalının işini yüksək qiymətləndirən Arzu Aydəmirova bu kimi mötəbər tədbirlərin AMEA-da əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açdığını vurğulayıb. Elmi müəssisənin təqdim etdiyi layihənin sərgi iştirakçılarının marağına səbəb olacağına əminliyini ifadə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub