Autizm və daun sindromlu 50 uşağa reabilitasiya keçirilib
24.05.2022 16:46

“Sağlam Həyatın Təbliği” İctimai Birliyi fevralın 1-dən “Fərqliliyin fərqinə varmadan birgə yürüyək” adlı layihənin icrasına başlayıb.

 

Aztibb.az-ın məlumatına görə, birlikdən verilən xəbərə görə, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

 

Bildirilib ki, 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud olan autizm və daun sindromlu uşaqlara psixo-sosial reabilitasiya xidmətləri göstərilib və onların valideynləri ilə maarifləndirici təlimlər keçirilib.

 

Qeyd olunub ki, layihənin icrası iyunun 1-də başa çatır və layihənin məqsədlərinə uyğun olaraq 50 nəfər autizm və daun sindromlu uşaqlara reabilitasiya keçirilib, onların ailələri ilə görüşlər təşkil olunub, problemləri mütəxəssislər tərəfindən dinlənilib və problemlərin həll olunması üçün müvafiq dövlət qurumlarına yönləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub