"Allergik xəstəliklərin müalicəsinə müasir yanaşmalar" mövzusunda seminar keçirilib
24.05.2022 16:43

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

 

Seminarın açılışında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxış edib. O bildirib ki, hospital yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə yoluxanların müalicəsi ilə məşğul olsa da, COVID-19-un müalicəsinə həsr edilmiş onlayn konfrans və vebinarlarda transplantologiya, pediatriya və ginekologiya sahələrində infeksiyanın müalicəsində olan aktual məsələləri müzakirə edib. O, allergik xəstəliklərə həsr olunan seminar iştirakçılarını müzakirə və sual-cavab sessiyalarında fəal iştirak etməyə çağırıb.

 

Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımovanın moderatorluğu ilə keçirilən beynəlxalq elmi seminarda Azərbaycan, Qazaxıstan və Rusiyadan olan ekspertlərin 4 məruzəsi təqdim olunub. Astana Tibb Universitetinin allerqologiya, hematologiya və endokrinologiya üzrə uşaq xəstəlikləri kafedrasının assistenti Oksana Usenova "Allergiyanın müasir diaqnostikası: skrininqdən molekulyar səviyyəyə qədər", Moskva şəhər Diplomdan sonrakı Təhsil Akademiyasının Kliniki immunologiya və allerqologiya kafedrasının professoru Yuri Smolkin "Klinik praktikada molekulyar allerqodiaqnostikanın üstünlükləri", Əməkdar həkim, “Makrobioz” Klinikasının baş direktoru Faizə Əliyeva “Allergik xəstəliklərin profilaktikasına inteqrasiya yanaşmaları” və həmin klinikanın həkim-diyetoloqu Emil Hidayətli “Allergik hallarda iltihab əleyhinə pəhrizin effektivliyi” mövzusunda çıxış ediblər.

 

Təqdimatlarda allergik xəstəliklərin dəqiq diaqnostikasının müasir üsulları, düzgün terapevtik müdaxilələrin seçilməsi, o cümlədən pəhriz saxlanılan zaman qida məhdudiyyətlərinin seçilməsinə yanaşmalar barədə ətraflı məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib