ÜST-nin səhiyyə missiyasının üzvləri ilə görüş keçirilib
24.05.2022 09:32
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ÜST-nin səhiyyə missiyasının üzvləri ilə görüşüblər. Missiya üzvlərinin tərkibinə Avropa üzrə Regional Ofisindən Reabilitasiya və Əlilliyin İnklüzivliyi üzrə texniki direktor Kathal Morqan, Köməkçi Texnologiyalar üzrə regional məsləhətçi Andrea Pupulin və “ATscale - Köməkçi Texnologiyalar üzrə Qlobal Tərəfdaşlığı”n Siyasət və Sistemlər üzrə mütəxəssisi Anil Kaşyap daxildir.
 
Missiya üzvləri, həmçinin 1 saylı Şəhər Poliklinikasında və TƏBİB-in Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda olublar.
 
Qeyd edək ki, ÜST tərəfindən Azərbaycanda reabilitasiya, köməkçi texnologiya (KT) və xidmətlərə əlçatanlığın artırılmasına texniki dəstək göstərmək məqsədilə 4 günlük missiya həyata keçirilib.
Missiyanın məqsədi KT-nin Sürətli Qiymətləndirilməsi (rATA) üzrə ÜST-nin sorğusundan sonra növbəti addımları müəyyənləşdirmək, mövcud milli reabilitasiya, KT təchizatını və sistemini qiymətləndirmək, Azərbaycanın KT yol xəritəsinin gələcək inkişafına dəstək olmaq, o cümlədən reabilitasiya və KT-nin səhiyyə və sosial siyasət sistemlərinə inteqrasiyası üzrə texniki yardım göstərməkdən ibarət olub.
 
ÜST insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün səhiyyə sistemlərində reabilitasiya və köməkçi texnologiya məhsullarına əlçatanlığın genişləndirilməsi ilə bağlı qlobal miqyasda təşəbbüslər həyata keçirir. Bu həyati əhəmiyyətli sahələr Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qəbul edilmiş “Reabilitasiya 2030 Fəaliyyətə Çağırış” və “Köməkçi Texnologiyalar üzrə Qlobal Əməkdaşlıq” (GATE) təşəbbüslərində öz əksini tapan qlobal fəaliyyət çağırışlarının əsasını təşkil edir. “ATscale - Köməkçi Texnologiyalar üzrə Qlobal Tərəfdaşlıq “2030-cu ilə qədər daha 500 milyon insanın köməkçi texnologiyalara əlçatanlığını təmin etmək üçün fəaliyyətin sürətləndirilməsini nəzərdə tutur. Bu, sektorlararası tərəfdaşlıq dəyişikliyi sürətləndirmək, mövcud fəaliyyəti inkişaf etdirmək və əlaqələndirmək, o cümlədən uyğun KT-yə əlçatanlığı artırmaq üçün qlobal tərəfdaşları vahid strategiyalarla səfərbər etmək məqsədi daşıyır. Sözügedən təşəbbüs, həmçinin səhiyyə və sosial qayğı sisteminin tərkib hissəsi kimi reabilitasiyanın inkişafı və gücləndirilməsi üçün olduqca əhəmiyyətlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib