"Kök hüceyrə transplantasiyasında ən son yeniliklər" mövzusunda seminar keçirilib
23.05.2022 22:26

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva və həkimlərinin iştirakı ilə “Kök hüceyrə transplantasiyasında ən son yeniliklər” mövzusunda seminar keçirilib.

 

Yığıncağı giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev qonağı və seminar iştirakçıkarını salamlayaraq klinikanın strukturu, iş prosesi, tədris və müalicə işlərinin təşkili haqqında ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edən Türkiyənin Acıbadem Universitetinin professoru Ant Uzay hematoloji xəstələrdə sümük iliyi nəqlinin əhəmiyyəti barədə məlumat verib.

 

Qanın malign xəstəliklərində sümük iliyi transplantasiyası ilə ölüm faizinin azalmasını qeyd eden türkiyəli professor kimyəvi dərman müalicəsindən sonra standart və yüksək risk qrupuna ayrılan xəstələrdə transplantasiyaya göstəriş haqqında danışıb. Bildirib ki, autoloq sümük iliyi transplantasiyası xəstənin remissiya dövründə öz bədənindən aferez cihazı yolu ilə kök hüceyrənin toplanaraq özünə vurulmasıdır. Daha çox Multipl Mielom, Hockin limfoma, qeyri-Hockin limfoma, solid şişlərin bəzi növündə, bəzi nevroloji və mübadilə xəstəliklərində istifadə olunur.

 

O, allojenik sümük iliyi transplantasiyasının isə HLA uygun donorla (qohum ve ya qeyri -qohum) mieloblast leykoz, keskin limfoblast leykoz, aplastik anemiya, mielofibroz və s. kimi xəstəliklərdə tam sağalmaya səbəb olduğunu vurğulayıb.

 

Ant Uzay autoloq sümük iliyi transplantasiyasının hematoloji xəstəlik, sitogenetik dəyişiklik, yanaşı xəstəliyə görə tam sağalma və ya ortalama sagqalmanın yüksəlməsi kimi fərqli nəticələndiyini qeyd edib.

 

Daha sonra çıxış edən klinikanın direktoru, professor Surxay Musayev Dr. Ant Uzaya təşkil etdiyi seminara görə təşəkkürünü bildirib. Belə seminarların keçirilməsinin əhəmiyyətindən danışan Surxay Musayev gələcəkdə də bu mövzuda klinika ilə əməkdaşlığın önəmini vurğulayıb.

 

Öz növbəsində professor Ant Uzay da yaradılan şəraitə və göstərilən xoş münasibətə görə klinikanın direktoru, professor Surxay Musayevə təşəkkür edib.

 

Şəxsi təcrübəsi və transplant xəstələrinin nəticələrini bölüşən professor Ant Uzay seminarın sonunda mövzu ilə bağlı sualları cavablandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib