Meymunçiçəyi virusu haqqında BİLMƏDİKLƏRİMİZ
23.05.2022 15:42
Meymunçiçəyi virusu insanlarda ilk dəfə Konqo Demokratik Respublikasında 9 yaşlı bir uşaqda aşkar edilib.
 
Bu virus təbii çiçəklə eyni ailəyə - Poxviridae ailəsinə, Orthopoxvirus cinsinə mənsubdur. DNT tərkiblidir, zoonozdur, gəmiricilərdən və primatlardan insana yoluxa bilir. Təbii çiçəkdən fərqli olaraq, yoluxdurma qabiliyyəti aşağıdır, əksərən ölümcül deyil və yüngül formada təzahür edir. Daha çox Mərkəzi və Qərbi Afrika bölgəsinin tropik meşələrində rast gəlinən virusdur, lakin digər ərazilərə də yayıla bilir.
 
Meymunçiçəyi virusunun 2 tipi var - Mərkəzi Afrika (Konqo hövzəsi) və Qərbi Afrika. Mərkəzi Afrika tipi daha ağır xəstəliyə səbəb olur. Yoluxmuş şəxslər və ya heyvanlarla yaxın təmas, viruslu əşyalara toxunmaqla xəstəlik digər şəxslərə yoluxur. Cinsi yolla yoluxma üzərində araşdırmalar davam edir.
 
Xəstəliyin inkubasiya dövrü 6-13 gündür, lakin 15-21 gün arasında da dəyişə bilər.
 
Meymunçiçəyinə yoluxmuş şəxslərdə xəstəlik özünü halsızlıq, qızdırma, baş və əzələ ağrısı, üz və ətraflarda, ovuc və ayaq altında, bəzi hallarda ağız boşluğu və cinsiyyət orqanı və konyuktivada səpgilər, limfa düyünlərinin böyüməsi ilə göstərir və 2-4 həftə davam edir.
 
Səpgilərin xarakteri makula, papula, vezikul, pustula və qabıq şəklindədir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib