Mərkəzi Gömrük Hospitalında ÜST-nin nümayəndələri ilə görüş keçirilib
23.05.2022 10:48

Mərkəzi Gömrük Hospitalında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri Dr. Radu Cojocaru və Dr. Cəvahir Süleymanovla görüş keçirilib. 

 

Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalı rəisinin müavini Bəxtiyar Musayev,  Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyanın həkim-mikrobioloqu Dr.Səbinə İbrahimova, həkim-bakterioloq Ülkər Məmmədova, Tibbi Yardımın Keyfiyyətinə Nəzarət Şöbəsinin rəisi  Şəlalə Həsənova iştirak ediblər.

 

Dosent İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalının 2020-ci il 11 iyun tarixindən pandemiya xəstəxanası elan edildiyi dövrdə fəaliyyəti barədə ətraflı məlumat verib. Mərkəzi Gömrük Hospitalı rəisinin müavini Dr.Bəxtiyar Musayev bildirib ki, pandemiya dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmiş, koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazı ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalında uğurla istifadə edilmişdir.

 

Görüşdə təqdimatla çıxış edən Dr.Səbinə İbrahimova Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasının pandemiya dövründəki fəaliyyətindən danışaraq bildirib ki, Hospiatlın PZR laboratoriyası UBB-2, 2+ laboratoriyasının standartlarına tam cavab verir. Nümunələrin toplanması, qablaşdırılması, daşınması və qəbulu ilə bağlı bütün prosedurlar zəruri fərdi qoruyucu vasitələrdən istifadə etməklə tibb işçiləri tərəfindən həyata keçirilir.

 

ÜST-nin Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova ÜST-ün Mərkəzi Gömrük Hospitalı ilə əməkdaşlığından, gələcəkdə bu təşkilatın özünüqiymətləndirmə və özünümonitorinq proqramına qoşulma imkanlarından danışıb. Eyni zamanda, görüşdə Sanitar-Karantin Xidmətinin, İnfeksiya Nəzarət Komissiyasının fəaliyyətinin nəticələri, Mərkəzi Gömrük Hospitalının Türkiyənin məşhur "Florence Nightingale" Xəstəxanalar Qrupu ilə əməkdaşlığı yüksək qiymətləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib