ATU-da Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
22.05.2022 10:00

Azərbaycan Tibb Universitetində (ATU) dünya şöhrətli detektiv yazar, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevlə görüş keçirilib.

 

Əvvəlcə universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından görkəmli yazıçını salamlayıb, onun zəngin ədəbi yaradıcılığından söz açıb. Z.Musabəyov bu görüşün əhəmiyyətini vurğulayaraq, əsas məqsədin dünya şöhrətli yazıçı Çingiz Abdullayevi daha yaxından tanımaq olduğunu bildirib. 

 

Daha sonra Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb. O, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib. 

 

Görkəmli yazıçı ölkəmizdə qürur duya biləcəyimiz yeni nəslin yetişdiyini, gənclərimizin xalqın mədəni inkişafı naminə böyük işlər gördüklərini, Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərdiklərini vurğulayıb.

 

Çingiz Abdullayev hazırda 4 Xalq şairi və 8 Xalq yazıçısının təmsil olunduğu Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyat tariximizdəki əvəzsiz rolundan bəhs edərək, 1990-cı ilin Qanlı Yanvarı haqqında kitabın hansı şəraitdə yazılmasının geniş ictimaiyyətə məlum olmayan bəzi məqamlarını açıqlayıb.    

 

"Beyninin məhsulu olan əsərlər hansı dildə yazılmasından asılı olmayaraq oxucunun ruhunu oxşamalı, mənəvi tələbatı ödəməlidir. Vacib məqam yazarın dünya miqyasında qəbul olunması və oxucu kütləsi qazanmasıdır", - deyən Çingiz Abdullayev daha çox dedektiv janrda yazan yazıçı kimi tanınmasına da münasibət bildirib. O, gənclərə “Abırlı adam” kitabını oxumağı məsləhət görüb. Qeyd edib ki, həmin kitabı oxuduqda mənim ümumiyyətlə dedektiv yazmadığımı anlayacaqsız.

 

Görüş zamanı Çingiz Abdullayevin yaratdığı "Dronqo" obrazının milyonlarla oxucu tərəfindən sevildiyi, bu obrazın öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiyyətlərini özündə birləşdirdiyi diqqətə çatdırılıb. Görkəmli yazıçının əsərlərinin təkcə Azərbaycanda deyil, dünyanın yüzlərlə ölkəsində böyük məhəbbətlə oxunduğu vurğulanıb.

 

Çingiz Abdullayev görüşün təşkili üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Sonda Xalq yazıçısı görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb və oxucuların özləri ilə gətirdikləri kitabları imzalayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib