Xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi başa çatıb - TƏBİB
21.05.2022 11:57

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının birgə layihəsi olan "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" çərçivəsində TƏBİB-in təklifi və dəstəyi ilə xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi başa çatıb.

 

Bakı, Sumqayıt və Şamaxıda yerləşən 7 xəstəxana, o cümlədən 2 modul xəstəxanada oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi məqsədilə ÜST-nin həyata keçirdiyi dördgünlük missiya zamanı seçilmiş xəstəxanalarda oksigenin təchizat sistemi və istifadəsinin təhlükəsizliyi, habelə reanimasiya şöbələrində oksigen müalicəsinin tətbiqi qiymətləndirilib.

 

Missiyanın sonunda TƏBİB ilə birlikdə oksigen təchizatı və istifadəsi üzrə xəstəxanalara dəstək imkanlarının, həmçinin milli təlimatların hazırlanması müzakirə edilib. Görüşdə ilkin nəticələrin və müzakirələrin plenar təqdimatı keçirilib.

 

Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədrinin müşaviri Firəngiz Əliyeva və struktur bölmə rəhbərləri iştirak edib.

 

İştirakçılar xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsinin təcrübə mübadiləsi və cari işlərin birgə təhlilinin təmin edilməsi baxımından ölkə üçün son dərəcə önəmli olduğunu bir daha qeyd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub