Pıtrağın tikanları ağır xəstəliklərin müalicəsində istifadə edilir
15.09.2020 16:37

El arasında dilarvadotu adlandırılan pıtraq yol kənarlarında, kövşənlərdə, boş və açıq ərazilərdə yabanı halda yetişir. Alaq otu kimi pal-paltara, coraba ilişib qalan pıtrağın sarı tikanları xalq təbabətində bir sıra ağır xəstəliklərin müalicəsində istifadə edilir.

 

Tibbi mənbələrdən əldə etdiyimiz məlumata görə, bu bitkinin tərkibi yodla zəngindir. Onun təzə çəkilmiş şirəsi qızılcanın müalicəsində tətbiq olunur. Bitkinin təzə yarpaqlarından hazırlanan gel dəmrov, ekzema və göbələk xəstəlikləri zamanı dəri zədələnməsində faydalı təsir göstərir.

 

Pıtraq otu bronxial astma zamanı nəfəsvermə çətinləşəndə tənəffüs yollarının spazmını aradan qaldıran uğurlu vasitədir. Bitkinin bişirməsi bağırsaq sancıları, ishallar, mədə-bağırsaq pozulmaları və dizenteriyada, eyni zamanda müxtəlif dəri xəstəlikləri zamanı qəbul edilir. Pıtraq otunun toxumlarından boğaz və qırtlaq xərçəngi və vərəmin müalicəsində istifadə olunur.

 

Bitkinin toxumları xırda-xırda doğranılaraq siqaret kimi çəkilir və yaxud bir ovuc toxum 2 stəkan suya tökülür, üzərinə qaynar su əlavə edilərək vam ocaqda qaynadılır və əmələ gələn buxarla 3-5 dəqiqə nəfəs alınır. Babasil və oynaqlarda revmatizm zamanı yarpaqların təzə sıxılmış suyundan təpitmə qoyulur. Pıtraq bitkisindən böyrək, sidik kisəsi iltihabının müalicəsi ilə yanaşı anginalarda da qarqara kimi istifadə edilir.

 

Dəri xəstəlikləri zamanı, xüsusən də övrə, göbələk xəstəlikləri, dəri xərçəngi, ekzema, dəmrov, çivzə kimi səpgilərdə daxilə qəbul edilir, həmçinin vanna, islatma, müalicəvi məlhəm və maz şəklində tətbiq olunur.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib