ATU-nun İctimai səhiyyə fakültəsində dekan seçkisi keçirilib 
20.05.2022 16:39

Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsində dekan seçkisi keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbiri giriş sözü ilə Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev açıb.

 

O, 2017-ci ildən İctimai səhiyyə fakültəsinin dekanı vəzifəsində fəaliyyət göstərən professor Anar Ağayevin peşəkar fəaliyyətindən bəhs edərək, onun dekan vəzifəsinə təyin olunmazdan öncə uzun illər dekan müavini, kafedranın tədris işləri üzrə müdir müavini kimi məsuliyyətli vəzifələrin öhdəsindən də uğurla gəldiyini açıqlayıb. Son 5 il ərzində A.Ağayevin dekan kimi göstərilən etimadı layiqincə doğrultduğunu qeyd edən prorektor, onun universitetin ictimai həyatındakı rolunu, tələbələrə olan xoşməramlı münasibətini, insani və pedaqoji keyfiyyətlərini yüksək qiymətləndirib.

 

Professor Anar Ağayevin tərcümeyi-halı və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən ATU-nun elmi katibi, professor Nazim Pənahov onun yenidən dekan seçilməsi üçün namizədliyinin irəli sürüldüyünü bildirib.

 

Daha sonra professor İbadulla Ağayevin sədrliyi ilə formalaşdırılan Səsvermə Komissiyası gizli səsvermə keçirib. Bütün iştirakçıların lehinə səsverməsi ilə professor A.Ağayev yenidən İctimai səhiyyə fakültəsinin dekanı seçilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub