Azərbaycanda elektron səhiyyə strategiyası hazırlanacaq 
20.05.2022 16:31

Mayın 20-də Səhiyyə Nazirliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionun Səhiyyə, qidalanma və əhali üzrə praktika meneceri Tania Dmitraçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə institutu olan Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğuladı. Rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev səhiyyə sisteminin təkmilləşdirilməsini ölkəmiz üçün prioritet məsələ olduğunu bildirib. Onun sözlərinə görə, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq keçirilən görüşləri əməkdaşlığın yüksək xəttlə inkişaf etməsinə təkan verir. “Hər görüşümüz bizi əsas məqsədə, yəni Azərbaycan elektron səhiyyə strategiyasının təkmilləşməsinə daha da yaxınlaşdırır”, - deyə nazir fikrini tamamlayıb.

 

Öz növbəsində Tania Dmitraçenko Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildiriblər.

 
Sonra Dünya Bankının nümayəndələri “2022-2026-cı illər üçün Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması” layihəsini təqdim ediblər.

 

Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı tərəflər həmçinin Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini müzakirə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub