“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi həyata keçirilib
20.05.2022 13:41

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təklifi və dəstəyi ilə Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi həyata keçirilib.

 

Aztibb.az TƏBİB-ə istinadla bildirir ki, COVID-19 pandemiyası xəstəxanalarda oksigen təchizatı və istifadəsinin vacibliyini bir daha önə çıxarıb. Ağır və kritik COVID-19 hallarının effektiv müalicəsi üçün xəstəxanaların oksigenlə optimal təchizatı, reanimasiya şöbələrində oksigen infrastrukturunun yaradılması və tibb işçilərinin oksigen müalicəsi üzrə bilik və bacarıqlarının olması olduqca vacibdir.

 

Mayın 16-dan 20-dək Bakı, Sumqayıt və Şamaxıda yerləşən 7 xəstəxana, o cümlədən 2 modul xəstəxanada oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi məqsədilə ÜST-nin missiyası həyata keçirilib.

 

Missiyada ÜST-nin biotibbi eksperti Ulian Rotari tərəfindən seçilmiş xəstəxanalarda oksigenin təchizat sistemi və istifadəsinin təhlükəsizliyi, ÜST-nin məsləhətçisi Pervin Korkmaz Ekren tərəfindən isə reanimasiya şöbələrində oksigen müalicəsinin tətbiqi qiymətləndirilib.

 

Missiyanın ümumi koordinasiyası ÜST-nin xəstəliklərin idarəolunması üzrə eksperti Cennifer Kollins tərəfindən həyata keçirilib.

 

Ehtiyaclar müəyyənləşdirildikdən sonra TƏBİB ilə birlikdə oksigen təchizatı və istifadəsi üzrə xəstəxanalara dəstək imkanlarının, həmçinin milli təlimatların hazırlanmasının müzakirəsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib