"Fövqəladə hallar zamanı qorunma üsulları" mövzusunda təbliğat xarakterli tədbir keçirilib
20.05.2022 11:37
Sumqayıt Tibb Mərkəzinin (STM) və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində "Fövqəladə hallar zamanı qorunma üsulları" mövzusunda təbliğat xarakterli tədbir keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları texnogen xarakterli fövqəladə hallardan qorunma üsulları, təbii xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, zəlzələ zamanı təxliyə qaydaları, müharibə və dinc dövrdə mülki müdafiənin rolu və məqsədləri, məişətdə istifadə edilən elektrik və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik tədbirləri, fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında “112” qaynar xəttinin rolu mövzularında ətraflı məlumat verilib.
 
Tədbirin sonunda tibb işçilərini maraqlandıran suallar Mərkəz əməkdaşları tərəfindən cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub