Mərkəzi Gömrük Hospitalında Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə GÖRÜŞ
19.05.2022 17:50
23 may 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Aztibb.az-ın xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Radu Cojocaru və ÜST mütəxəssis Dr.Cəvahir Süleymanova ilə görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalı rəisinin müavini Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyanın həkim-mikrobioloqu Dr.Səbinə İbrahimova, həkim-bakterioloq Ülkər Məmmədova, Tibbi Yardımın Keyfiyyətinə Nəzarət Şöbəsinin rəisi Şəlalə Həsənova iştirak ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalının 2020-ci il 11 iyun tarixindən pandemiya xəstəxanası elan edildiyi dövrdə fəaliyyəti barədə ətraflı məlumat verib. Mərkəzi Gömrük Hospitalı rəisinin müavini Dr.Bəxtiyar Musayev bildirib ki, pandemiya dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmiş, koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazı ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalında uğurla istifadə edilmişdir.
Görüşdə təqdimatla çıxış edən Mərkəzi Gömrük Hospitalının həkim-mikrobioloqu Səbinə İbrahimova Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasının pandemiya dövründəki fəaliyyətindən danışaraq bildirib ki, Hospiatlın PZR laboratoriyası UBB-2, 2+ laboratoriyasının standartlarına tam cavab verir. Nümunələrin toplanması, qablaşdırılması, daşınması və qəbulu ilə bağlı bütün prosedurlar zəruri fərdi qoruyucu vasitələrdən istifadə etməklə tibb işçiləri tərəfindən həyata keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova ÜST-ün Mərkəzi Gömrük Hospitalı ilə əməkdaşlığından, gələcəkdə bu təşkilatın özünüqiymətləndirmə və özünümonitorinq proqramına qoşulma imkanlarından danışıb. Eyni zamanda, görüşdə Sanitar-Karantin Xidmətinin, İnfeksiya Nəzarət Komissiyasının fəaliyyətinin nəticələri, Hospitalın Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlığı yüksək qiymətləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

