Agentlikdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
19.05.2022 14:57

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə səhiyyə, qidalanma və əhali sahəsində Praktikasının Meneceri Tania Dmitraçenko ilə görüşüb.

 

Görüşdə “Elektron Səhiyyə və Tibbi İddiaların İdarə edilməsi Sisteminin İnkişafı” üzrə texniki yardım layihəsi çərçivəsində Dünya Bankının dəstəyi ilə ötən ildən səhiyyənin rəqəmsallaşması və tibbi iddiaların idarə edilməsi sisteminin gücləndirilməsinə yönəlmiş layihə haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, beynəlxalq mütəxəssislər icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin dəyərinin tibb müəssisələrinə ödənilməsi mexanizmini və  tibbi iddiaların idarə edilməsi sistemini təhlil edirlər. Səfər müddətində qonaqlar tibb təchizatçılarına ödənişlərin həyata keçirilməsi mexanizminin mövcud vəziyyəti ilə əyani tanış olmaq üçün tibb müəssisələrinə baş çəkəcəklər.

 

Nümayəndə heyəti, həmçinin elektron səhiyyə sisteminin gücləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyi, TƏBİB və digər maraqlı tərəflərlə görüşlər keçirəcək. Layihənin sonunda Dünya Bankının Azərbaycanının 2022-2026-cı illəri əhatə edən Səhiyyə ilə bağlı Milli İnformasiya Strategiyasının layihəsi və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı ilə bağlı texniki tövsiyələri müvafiq qurumlara təqdim olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib