ATU və Litvanın Sağlamlıq Elmləri Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
19.05.2022 10:59

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetisin görüşü baş tutub. Görüş zamanı tərəflər arasında əməkdaşlıq memorandumu da imzalanıb.

 

Aztibb.az xəbər verir ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin tarixi haqqında məlumat verməklə yanaşı, bir əsrə yaxın tarixə malik qocaman ali məktəbin hazırkı fəaliyyətindən də bəhs edib. Hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanaları olan ATU-nun klinika və elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadrların yetişdirilməsi üçün imkan yaratdığını da qeyd edib.

 

ATU-nun bu il beynəlxalq akkreditasiyadan keçdiyini vurğulayan rektor G.Gəraybəyli universitetdə 39 ölkədən tələbələrin təhsil aldığını da xatırladıb. ATU-da həyata keçirilən erzindetura təhsili haqqında məlumatları bölüşən rektor, professor G.Gəraybəyli Litva Sağlamlıq Elmləri Universiteti ilə əməkdaşlığın istiqamələri barədə də fikirlərini açıqlayıb.

 

Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetis təmsil etdiyi tibbi müəssisə haqqında məlumat verərək mövcud 8000 tələbənin 25 faizini əcnəbilərin təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, Litva Sağlamlıq Elmləri Universitetinin nəzdində güclü maddi-texniki bazası olan klinikalar və hətta apteklər də var. Səfər çərçivəsində Azərbaycanın səhiyyə nazirliyi və təhsil nazirliyində görüşlər keçirdiyini bildirən qonaq səfərin məhsuldar olmasından məmnunluğunu bildirib. O, ölkəmiz ilə səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işində maraqlı olduğunu deyib. ATU ilə imzalanacaq sənədin ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəyindən əminliyini vurğulayıb.

 

Daha sonra Azərbaycan Tibb Universiteti və Litvanın Sağlamlıq Elmləri Universitetinin rektorları əməkdaşlığa dair memorandumu imzalayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub