Səhiyyə naziri Türkiyədə müalicə alan qazilərimizi ziyarət edib
18.05.2022 17:47

Səhiyyə Nazirliyinin nümayəndə heyətinin 17 maydan başlayan iki günlük Türkiyə səfəri davam edir.

 

Bu gün səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Vətən müharibəsi zamanı yaralanan və hazırda qardaş ölkədə müalicəsi davam edən qazilərimizi ziyarət ediblər.

 

Teymur Musayev Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb: “Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir”.

 

44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazıldığını qeyd edən nazir böyük Qələbənin şəhidlərimizin qanı bahasına, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazanıldığını vurğuladı: “Vətən müharibəsində sizlər əsil qəhrəmanlıq göstərərək, düşmənə layiqli və unudulmaz dərs verdiniz. Müharibə başlayandan bu günə qədər qardaş Türkiyə Azərbaycanın yanındadır. Qazilərimizin yenidən sağlamlıqlarına qovuşmaları üçün türkiyəli mütəxəssislərin dəstəyi bizim üçün çox önəmlidir. İnanıram ki, tezliklə sağalıb vətənə qayıdacaqsınız”.

 

Görüş zamanı səhiyyə naziri qazilərə vətənə qayıtdıqdan sonra müalicələrini Sanator-Kurort Reabilitasiya Mərkəzində davam etdirə biləcəklərini qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub