Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin əməkdaşları təlimlərdə iştirak ediblər - Fotolar
18.05.2022 16:06
Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin əməkdaşları öz sahələri üzrə Bakı şəhərində keçirilən müxtəlif təlimlərdə iştirak ediblər.
 
Aztibb.az xəbər verir ki, Texniki-təsərrüfat şöbəsinin qazanxana işçisi Samir Abdullayev "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları" təlimində, elektriklər Taleh Məmmədov və Orxan Seyidov “Gərginliyi 1000V-a qədər olan binadaxili elektrik təchizat sistemlərinin quraşdırılması, istismarı və təmiri” mövzusunda təkmilləşdirmə kursunda, texnik Zeynal Turman “Liftlərin istismarına nəzarət edən işçi personalın texniki təhlükəsizliyi” mövzusunda təlim kursunda iştirak ediblər. Həmçinin, Texniki-təsərrüfat şöbəsinin elektriki Taleh Məmmədov “Təzyiq Altında İşləyən Qabların Təhlükəsiz İstismarı Qaydaları” təlimində də iştirak edib.
 
Qeyd edək ki, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları", “Liftlərin istismarına nəzarət edən işçi personalın texniki təhlükəsizliyi” və “Təzyiq Altında İşləyən Qabların Təhlükəsiz İstismarı Qaydaları” təlimləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən, “Gərginliyi 1000V-a qədər olan binadaxili elektrik təchizat sistemlərinin quraşdırılması, istismarı və təmiri” təlimi Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi tərəfindən təşkil edilmişdir.
 
Təlimlərdə təhlükəsiz istismar qaydaları, iş yerində əməyin təhlükəsizliyinin təmin edilməsi, isti su təchizatı sistemlərinə istilik vermək, enerjiyə qənaət və digər mövzularla bağlı yeniliklər, müasir metodlar və yanaşmalar barədə ətraflı məlumat verilib. Beynəlxalq standartlar və müasir metodika əsasında həyata keçirilən təlimləri müvəffəqiyyətlə bitirən əməkdaşlarımızın hər birinə sertifikatlar təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib