Yer üzündə 40 milyona yaxın insan QIÇS virusunun daşıyıcısıdır
18.05.2022 11:48

Mayın 18-i dünyada QIÇS-ə qarşı beynəlxalq peyvənd günü kimi qeyd olunur. QIÇS dünya miqyasında insan ölümünə səbəb olan amillər sıyahısında ilk onluqda yer tutur. Lakin son onillik ərzində ölüm hallarının sayı yarıya endirildiyi bildirilir. Birləşmiş Millətlər Təşkilatının hesabatında qeyd olunur ki, ölüm sayı 2005-ci ildəki 1,9 milyon pik göstəricisindən keçən il bir milyona düşüb. Dünyada 36,7 milyon nəfər dərmanla yaşayır. Onlardan 53 faizi terapiya kursu keçir və bu, normal həyat müddətinə yaxın bir ömür yaşamağı təmin edir.

 

QIÇS-in epidemiya kimi vacib xüsusiyyətlərindən biri onun ilk dəfə harada aşkarlanmasından asılı olmayaraq, heç bir sərhəd tanımadan və milli-dini ayrılığa fərq qoymadan yer üzündə yaşamağa davam etməsidir. Bəlkə elə bu xüsusiyyətinə görə, o, əsrin bəlalarından biri hesab olunur. Həmin virusa qarşı mübarizə ümumbəşəri xarakter daşıyır.

 

Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan QIÇS virusunun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi məlum olar. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir.

 

Xatırladaq ki, 1988-ci ildə dünya ölkələrinin səhiyyə nazirlərinin əhalinin immun çatışmazlığı ilə əlaqədar sammiti təşkil olunub. Həmin sammitdən sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin köməyi ilə hər il dekabrın 1-ni QIÇS-lə mübarizə günü elan edib. Məqsəd həmin gün hər yerdə əhalinin diqqətini bu problemə yönəltməkdən, maarifləndirməkdən ibarətdir. Xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş, təhsilin səviyyəsi aşağı olduğu ölkələrdə həmin xəstəlikdən əziyyət çəkənlərin say çoxluğunu nəzərə alaraq onlara müxtəlif proqramlar, layihələr vasitəsilə kömək göstərilməsi indi də prioritet vəzifələrdən sayılır.

 

Ölkəmizdə QIÇS-lə mübarizə sürəti onun yayılmasına uyğun olaraq aparılır. 1987-ci ildə respublikanızda həmin xəstəliyə 2 nəfər tutulmuşdusa, indi onların sayı yüzlərlədir. Doğrudur, digər ölkələrlə müqayisədə bu, elə də böyük rəqəm sayılmaya bilər. Hazırda Azərbaycanda QIÇS-lə mübarizədə bütün vasitələrdən istifadə edilir. Məqsəd insanları bu ölümcül bəlaya qarşı maarifləndirmək, onları daha çox real həyata bağlamaq, yaşamaq və yaratmaq həvəsini artırmaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub