ATU-nun dosentinə tibb elmləri doktoru elmi dərəcəsi verilib
18.05.2022 10:56

Azərbaycan Tibb Universitetinin Uşaq stomatologiyası kafedrasının dosenti Ramidə Şadlinskayaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsi verilib.

 

Aztibb.az-ın məlumatına görə, o, "B-talassemiyalı xəstələrə stomatoloji yardımın tətbiqində kompleks yanaşmanın əsaslandırılması" mövzusunda dissertasiya işini müdafiə edib.

 

Tədqiqat nəticəsində böyük-B talassemiyalı xəstələrdə inkişaf edən və bu xəstəlik üçün əlavə diaqnostik əhəmiyyətə malik (patoqnamik) kəllə-üz deformasiyalarının kəmiyyət xarakteristikası haqqında orijinal məlumatlar əldə edilib. Bu xəstələrdə dişətrafı toxumaların fibrilyar strukturunda və hüceyrəvi quruluşunda baş verən dəyişikliklərin histoloji və elektron-mikroskopik xarakteristikası detallı şəkildə öyrənilib, ferritin molekullarının özü və onların toplantılarının (siderosom və hemosideron) ultrastruktur parametrləri haqqında yeni məlumatlar əldə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub