Kimyaçı alimlərin əldə etdiyi nəticələr Alzeymer və şəkərli diabetin müalicəsinə kömək edə bilər
18.05.2022 10:33

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ), Türkiyənin Atatürk Universiteti və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin akademik A.Favorski adına İrkutsk Kimya İnstitutunun alimlərinin apardıqları müştərək beynəlxalq tədqiqatlar zamanı mühüm elmi nəticələr əldə olunub.

 

Kimyaçı alimlərin aldıqları molekulda azot saxlayan 13 ədəd yeni heterosiklik birləşmələrin asetilxolinesteraza və α-qlikozidaza fermentlərinə qarşı fizioloji fəallığı araşdırılıb və məlum olub ki, bu maddələr Alzeymer xəstəliyi və şəkərli diabet də daxil olmaqla, dünyada geniş yayılmış bəzi qlobal xəstəliklərin müalicəsi üçün yeni dərmanların inkişafına kömək edə bilər.

 

Artıq bu mühüm elmi nəticə məqalə şəklində beynəlxalq bazada referatlaşdırılmış nüfuzlu “ChemistrySelect” jurnalında birgə müəllifliklə dərc olunub.

 

Məqalə azot əsaslı yeni heterosiklik birləşmələrin sintezi, xarakteristikası, molekulyar dokinqi, asetilkolinesteraza və α-qlikosidazanın inhibə profillərinin qiymətləndirilməsində yeni yanaşmalara həsr edilib.

 

Qeyd edək ki, “Web of Science” (Clarivate Analytics), “Scopus” (Elsevier) və digər nüfuzlu beynəlxalq elmi bazalarda arxivləşmiş, Q2 kateqoriyalı “Wiley” nəşriyyatının nüfuzlu jurnallarından biri hesab olunan “ChemistrySelect”nin impakt faktoru 2.109-dur. Kimya, biokimya, farmakologiya, tibbi və molekulyar biologiya sahəsində ixtisaslaşmış bu jurnal tibb, kimya və biologiyanın multidissiplinar tədqiqatları ilə bağlı mühüm nəticələri mütəmadi olaraq yayımlayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub