Kliniki Tibbi Mərkəzdə yeni TƏYİNAT  
17.05.2022 16:59
Səidə İsmayılova Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Ginekologiya şöbəsinin anestezioloq-reanimatoloqu vəzifəsinə təyin olunub.
 
Bu barədə Aztibb.az-a KTM-dan bildirilib.
 
Qeyd olunub ki, S.İsmayılova 27 yanvar 1972-ci ildə Balakən şəhərində anadan olub. O, 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1995-1996-cı illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Anesteziologiya və reanimatologiya üzrə internatura keçib.
 
S.İsmayılova 1997-2020-ci illərdə Mərkəzi Dənizçilər Xəstəxanasında, 2020-ci ildə Mərkəzi Gömrük Hospitalında, 2020-2022-ci illərdə “Uniklinika”da həkim-anestezioloq-reanimatoloq vəzifəsində çalışıb.
 
2019-cu ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Modul-I”, “Modul-II”, “Ağrı müalicəsində multidisiplinar yanaşma” seminarının və 2020-ci ildə keçirilən “Ürək-ağciyər reanimasiyası” onlayn kursunun iştirakçısı olub.
 
O, 4 dekabr 2019-cu ildə həkimlərin sertifikasiya şəhadətnaməsini alıb.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?