"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı - Gülnarə Həsənova 
18.05.2022 00:31

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 
Rubrikada bu dəfə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun (ETTBİ) böyük elmi işçisi, artroloqu, t.ü.f.d. Gülnarə Həsənova haqqında məlumatları təqdim edirik.
 

Gülnarə Hüsü qızı Həsənova 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktikası fakültəsində təhsil alıb və universiteti qırmızı diplomla bitirib.

O, 1991-1997-ci illərdə 30 nömrəli Ambulatoriyada sahə həkimi işləyib. 1997-ci ildən Elmi Artrologiya Mərkəzində fəaliyyət göstərib. 2004-2007-ci illərdə Klinik ordinatura keçib.

Gülnarə Həsənova 2007-ci ildən ETTBİ-də böyuk elmi işçi, artroloq vəzifəsində çalışır.

Həkim-artroloq 2017-ci ilə kimi EULAR-ın keçirdiyi bütün konqreslərdə iştirak edərək sertifikatlarla təltif olunub. (London, Berlin, Madrid, Fransa, Roma, Moskva,Frankfurt, İslandiya). O, Moskva Revmatoloqlar Cəmiyyətinin üzvüdür.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?