1001 dərdin dərmanı – Bildirçin yumurtası  
16.05.2022 22:44
Yaponiyada atom bombası atılan zaman hansı uşaq gün ərzində 2-3 ədəd bildirçin yumurtası yemişdirsə, bombanın zərərlərini daha az görmüş və əqli inkişafına görə yaşıdlarından daha yaxşı inkişaf etmişdir. Bildirçin yumurtasının tərkibində toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə çox dəmir, 9 dəfə çox zülal, 15 dəfə artıq B1 vitamini var.
 
Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə məlumat paylaşıb.
 
Həkim bildirib ki, bildirçin yumurtası uşaqların zəkasını inkişaf etdirir, iştahanı yaxşılaşdırır, vitaminsizlikdə, mineral çatışmazlığında faydalıdır, immuniteti qüvvətləndirir, tərkibində likopen adında antioksidant olduğundan xərçəng önləyici təsiri vardır.
 
Onun sözlərinə görə, bildirçin yumurtası gec danışan, görmə zəifliyindən əziyyət çəkən, tez-tez xəstələnən, eləcə də allergiyadan əziyyət çəkən uşaqlar üçün çox faydalıdır.
 
"Bildirçin yumurtası azca qaynadılıdıqdan sonra onun qabıqları üyüdülüb uşaqların yeməklərinə qarışdırıldıqda kalsium çatışmazlığını aradan qaldırır. Uşaqlar gündə bir dəfə 1 ədəd yumurtanı suda qaynadılmış halda yeyə bilərlər və ya yumurta sındırılır, ağı sarısından ayrılır, ağı bişirilib yeyilir, sarısı isə südə qarışdırılaraq içilir", - deyə Fizuli Hüseynov əlavə edib.
 
Fitoterapevt bildirib ki, bidirçin yumurtasını sındırıb, ağı ilə sarısını bir-birinə qarışdırdıqdan sonra saçlarınıza çəkin. Yarım saatdan sonra şampun vurmadan yuyun. Saçları həm yumşaq, həm də parlaq edir, kəpəklənməni götürür.
 
"Bildirçin əti ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində böyük əhəmiyyətə malikdir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib