Azərbaycan Tibb Universitetində imtahan nəzarətçiləri ilə görüş keçirilib
16.05.2022 17:26

17 may 2022-ci il tarixindən etibarən Azərbaycan Tibb Universitetində (ATU) imtahan sessiyasına start verilir. Bu prosesə hazırlıq səviyyəsinin qiymətləndirilməsi ilə əlaqədar olaraq bu gün universitet rəhbərliyi ilə imtahan nəzarətçiləri arasında görüş keçirilib.

 

Aztibb.az xəbər verir ki, görüşdə ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək son 2 ildə pandemiya səbəbindən imtahanların da fərqli üsulla  - həm distant, həm də canlı olmaqla qarışıq formada keçirildiyini xatırladıb. Bu ildən etibarən artıq imtahanlar ənənəvi formada keçirildiyindən, ATU rəhbərliyinin, təşkilat komitəsinin və nəzarətçilərin üzərinə ağır yük düşür. İmtahanların bütün tədris ilinin yekunu olduğunu xatırladan prorektor S.Əliyev bu prosesə hazırlıqların yüksək səviyyədə olması üçün hər kəsin işə diqqətli yanaşmasının önəmli olduğunu bildirib.

 

Daha sonra ATU-nun İmtahan mərkəzinin müdiri Ülkər Cəfərova, İmtahana nəzarət komitəsinin sədri Pəri İsaqova çıxış edərək, qarşıdakı imtahan prosesinə hazırlığın gedişi ilə bağlı məlumat veriblər. Sonda ATU rəhbərliyi tərəfindən işində fəallıq nümayiş etdirən bir sıra imtahan nəzarətçilərinə sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib