Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında 33 iş müsbət qiymətləndirilib  
16.05.2022 12:20

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 2022-ci ildə 4-cü iclası keçirilib.

 

AMEA-nın vitse-prezidenti, problem şuranın sədri akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq müzakirəyə çıxarılan 45 mövzunun botanika, zoologiya, aqrar və fiziki-kimyəvi biologiya üzrə işçi qruplarında geniş müzakirə olunduğunu qeyd edib.

 

Dissertasiya mövzuları botanika işçi qrupu üzrə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, aqrar işçi qrupu üzrə aqrar elmlər doktoru, professor Mustafa Mustafayev, zoologiya işçi qrupu üzrə biologiya elmləri doktoru Saleh Məhərrəmov və fiziki-kimyəvi biologiya işçi qrupu üzrə biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərova tərəfindən təqdim edilib.

 

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

 

Botanika üzrə 6, zoologiya üzrə 1, aqrar üzrə 16 və fiziki-kimyəvi biologiya üzrə 10 iş olmaqla, ümumilikdə 33 iş bəzi mövzuların adında dəyişikliklər edilməklə müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 12 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub