Vətən müharibəsi əlillərinin iştirakı ilə inklüziv veloyürüş təşkil olunub
14.05.2022 15:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə inklüziv veloyürüş təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, Sumqayıt Dənizkənarı Bulvarında təşkil olunan veloyürüşdə bir qismi Vətən müharibəsi əlili olan 10 nəfər əlilliyi olan şəxs də iştirak edib.

 

Tədbirə Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi və ARB Media Qrup tərəfindən də dəstək verilib.

 

İnklüziv veloyürüşün məqsədi bu kateqoriyadan olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinə, idmana marağın artırılmasıdır.

 

Məqsəd həmçinin onları para-velosiped idman növünə cəlb etməklə cəmiyyətə inteqrasiya və sosial-psixoloji reabilitasiyasına dəstək verməkdir.

 

Tədbirin sonunda yürüş iştirakçıları təşəkkürnamə ilə təltif ediliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib