Azərbaycan radioloqlarının II-ci elmi–praktik konfransı öz işinə başlayıb/FOTOLAR
14.05.2022 14:34
14 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin əməkdaşlığı ilə Azərbaycan radioloqlarının II-ci elmi-praktik konfransı öz işinə başlayıb.
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayan konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edib. O, konfrans iştirakçılarını salamlayaraq düzgün diaqnozun qoyulmasında radioloji müayinələrin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Müvafiq sahədə çalışan mütəxəssislərarası təcrübə mübadiləsinin vacibliyini qeyd edən İ.Əfəndiyev bu istiqamətdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və onun müvafiq strukturları tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İ.Əfəndiyev çıxışının sonunda konfransın işinə uğurlar arzu edərək dinləyiciləri panel müzakirələrdə aktiv olmağa dəvət edib.
Konfransın rəsmi açılış hissəsində eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, N. Tusi adına klinikanın Radiologiya şöbəsinin müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Yunus Əfəndiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə də çıxış edib.
Rəsmi hissədən sonra konfransda Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Şüa diaqnostikası laboratoriyasının rəhbəri, Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü, professor Soltan Manafov, Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasının müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin I katibi, professor Məlahət Sultanova və Respublika Diaqnostika Mərkəzinin şöbə müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü, professor Ahmet Memişin moderatorluğu ilə birinci sessiya öz işinə başlayıb.
Azərbaycan və Türkiyədən olan ekspertlər tərəfindən müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə ümumilikdə 18 məruzənin təqdim olunmasının planlaşdırıldığı konfransda Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynovun “Fetal MRT-nin müasir status” mövzusunda təqdimatı dinlənilib.
400-ədək iştirakçının distant, 50 nəfər mütəxəssisin əyani iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.
Zoom platforması üzərindən hibrid formatda təşkil olunmuş konfrans eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanıb.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

