Regionlarda endokrinoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür
14.05.2022 13:14

Regionlarda endokrinoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, təşkilinə nəzarət məqsədi Respublika Endokrinoloji Mərkəzin ixtisaslı həkim-mütəxəssislərinin Qax, Zaqatala, Qazax, Ağstafa şəhərlərinə və Naxçıvan Muxtar Respublikasına səfərləri baş tutub.

 

Aztibb.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə istinadla bildirir ki, səfər zamanı rayon mərkəzi xəstəxanalarında endokrinoloji kabinetlərin fəaliyyətinin, xəstələrə təşkil edilən tibbi xidmətinin ümumi dəyərləndirilməsi, həmçinin mürəkkəb, ağır xəstələrin qəbulu, onlara konsultativ-diaqnostik yardımların təşkili icra edilib.

 

Həmçinin xəstəxanaların endokrinoloqları və müxtəlif ixtisaslı mütəxəssislərinə şəkərli diabetin fəsadları, müasir müalicə üsulları, insulin analoqlarının istifadəsi haqqında mühazirələr oxunub, “Xəstələrin ayağa qulluqla hipoqlikemiyanın idarəolunması" mövzusunda təlimlər keçirilib.

 

Bununla yanaşı, ümumtəhsil məktəblərdə endokrinoloji patologiyaları olanların erkən aşkarlanması, qeydiyyata alınması, müalicə prosesinə cəlb olunması təmin edilib.

 

Eyni zamanda layihə çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransda Respublika Endokrinoloji Mərkəzinin poliklinika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynova “Şəkərli diabetin müasir diaqnostikası və müalicəsinin idarə olunması” mövzusunda təqdimatla çıxış edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub