Suraxanı gəncləri vərəm və viral hepatitlər barədə məlumatlandırılıb
14.05.2022 11:56

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Suraxanı Gənclər Evində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirib.

 

İctimai birlikdən bildirilib ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

 

Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin yeniyetmə və gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığını vurğulayıb. Aidiyyəti qurumların bu cür tədbirlərin təşkili üçün verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

 

Suraxanı Rayon Gənclər və İdman idarəsinin rəisi Amil Bağırov da açılış nitqində qonaqları və iştirakçıları salamlayaraq tədbirin gedişatına uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Suraxanı Gənclər Evinin heyətinə minnətdarlığını bildirib. O, qeyd edib ki, “Azərbaycan dövlətinin ptioritet vəzifələrindən biri sağlam gəncliyi olan cəmiyyət formalaşdırmaqdan ibarətdir. Ölkəmizdə gənclərin inkişafı, maariflənməsi, asudə vaxtlarının səmərəli istifadəsi üçün geniş imkanlar mövcuddur. Layihə çərçivəsində gənclər mərkəzi və evlərində apardığımız ictimai maarifləndirmə işləri prosesində bu istiqamətdə fəaliyyətlərin şahidi olduq”.

 

“Sağlam gəncliyin formalaşması üçün onların zamanında məlumatlara əlçatanlığını təmin etmək vacib şərtdir. Bu baxımdan mütəmadi olaraq gənclərin maarifləndirici tədbirlərə cəlb edilməsində böyük fayda var. Məlumdur ki, xroniki xəstəliklərin müalicəsinə və ya yaratdığı fəsadlara sərf olunan vəsait onun profilaktikasından daha baha başa gəlir. Bir çox hallarda xəstəliklər xronikiləşdiyi halda onları üzün müddət, hətta ömür boyu nəzarət altında saxlamaq və müalicə etmək lazım olur”, - deyə Z. Nəbiyeva bildirib.

 

Layihə rəhbəri daha sonra qeyd edib ki, “təhlükəli yoluxucu xəstəliklər sayılan viral hepatitlər əsasən də hepatit B, D, C xronikiləşməyə meyilli və uzun müddət simptomsuz və ya zəif simptomlarla keçən xəstəliklərdəndir. Bu da viral hepatitlərin yoluxma hallarını nəzarət altında saxlamağı çətinləşdirir. Zamanında müalicə olunmadıqda isə xroniki viral hepatitlər qaraciyər sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir”.

 

Bildirib ki, “nəinki viral hepatitlər, vərəm və QİÇS kimi digər təhlükəli yoluxucu xəstəliklərlə mübarizə yollarından biri önləyici profilaktik tədbirlərin görülməsidir. Bu baxımdan bugünkü tədbirin əsas məqsədi gənclərimizi sağlam gələcəkləri naminə bilgilərlə silahlandırmaqdır”.

 

Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşfolunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib.

 

Mövzuya aid animasiya çarxları nümayiş olunub.

 

Vərəm xəstəliyi barədə təqdimat isə tədbir iştirakçılarına həkim, ekspert Samirə Muxtarova tərəfindən çatdırılıb. O, hava-damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə ətraflı danışıb.

 

İnteraktiv şəkildə aparılan tədbirdə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib