Səhiyyə Nazirliyində İsrailin nüfuzlu tibb mərkəzinin rəhbərliyi ilə görüş keçirilib
13.05.2022 16:59
İsrailin və dünyanın ən nüfuzlu tibb mərkəzlərindən olan Şeba Tibb Mərkəzinin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Tədbirdə, həmçinin İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik iştirak edib.
 
 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu qeyd edib. Bildirib ki, COVID-19 pandemiyası zamanı aktual olan səhiyyənin yüksək texnologiyalı sahələrində əməkdaşlığımız konstruktiv xarakter daşıyır.

 

Səhiyyə sistemində aparılan islahatların əsasında rəqəmsal texnologiyalardan istifadənin dayandığını vurğulayan nazir son vaxtlar elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb: “Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Şeba Tibb Mərkəzi dünyanın ən yaxşı on xəstəxanasından biridir. Bunu nəzərə alaraq, Azərbaycan Səhiyyə Nazirliyi bu sahədə Tibb Mərkəzi ilə əməkdaşlıqda maraqlıdır”.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən Şeba Tibb Mərkəzinin direktoru Yoel Har-Even mərkəzin tibbi təhsil, tibbi turizm, reabilitasiya, telesəhiyyə, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Tibb Mərkəzində ortopediya, nevrologiya, psixiatriya kimi sahələrdə uzunmüddətli reabilitasiya müalicəsi aparılır.

 

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib