Mərkəzi Gömrük Hospitalının rezident-həkimi “Kardiomiopatiyalar” mövzusunda çıxış edib
13.05.2022 15:07
13 may 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində rezidentura təhsili alan birinci kurs həkim-rezidenti Aysel Novruzova “Kardiomiopatiyalar” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, invaziv kardioloqlar Emin Hacıbalayev, Samir Mustafayev və həkim-rezidentlər iştirak ediblər.
 
Aztibb.az xəbər verir ki, rezident təqdimatında kardiomiopatiyalar haqqında ümumi məlumat verən həkim-rezident Aysel Novruzova qeyd edib ki, birincili kardiomiopatiyalara genetik, qarışıq və qazanılmış qruplar daxildir. Hər bir qrupa aid olan kardiomiopatiyaların növləri, simptomları, yaranma səbəbləri barədə danışaraq, birinci qrupda olan Hipertrofik KMP, Qarışıq qrupda olan Dilatision, Restriktiv KMP; Qazanılmış qrupda olan Takotsubo, İltihablı KMP, stress mənşəli KMP, Periparatum KMP, Taxikardiya mənşəli KMP, insulindən asılı diabeti olan analardan doğulmuş körpələrin KMP barədə ətraflı izahat verib.
 
Daha sonra həkim-rezident Aysel Novruzovanın kuratoru, invaziv kardioloq Emin Hacıbalayev kardiomiopatiyalar xəstəliyinin müayinəsində və müalicəsində istifadə olunan müasir metodlar barədə danışıb. Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova rezidentə təqdimatla bağlı tövsiyələrini və təşəkkürünü bildirib. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında təhsil alan həkim-rezidentlərin hər biri kuratorlarının dəstəyi ilə təhsil aldığı sahələr üzrə müxtəlif mövzularda davamlı olaraq təqdimatlarla çıxış edirlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib