Əczaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib  
13.05.2022 15:08
ATU-nun Tədris Cərrahiyyə Klinikasında Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.
 
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin və pandemiya dövründə həyatlarını itirən həkimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Dövlət Himnimizin səsləndirilməsi ilə başlamam tədbir “Qaliblərin qalibini seçirik!” devizi ilə gerçəkləşib.
 
Konfransı giriş sözü ilə açan Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Nərgiz Məmmədova uzun sürən pandemiyadan sonra canlı görüşlərin hər kəsdə məmnunluq hissi yaratdığını söyləyib. O, pandemiya dövründə xoş hadisələrin də baş verdiyini, qələbə sevinci yaşadığımızı və illərlə həsrətində olduğumuz Qarabağa qovuşduğumuzu xatırladıb. N.Məmmədova konfransın ərsəyə gəlməsinə öz dəstəyini əsirgəməyən universitet rəhbərliyinə və “Zeytun” şirkətlər qrupuna təşəkkürünü bildirib.
 
Ölkəmizdə əczaçılığın səviyyəsini qaldırmaq üçün gələcək əczaçıların qarşısında duran vəzifələrdən söhbət açan N.Məmmədova konfransda məruzələrlə çıxış edən gənc tədqiqatçılara uğurlar arzulayıb.
 
ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov istedadlı və ixtisaslaşmış kadrların yetişdirilməsində ali təhsil ocaqlarının rolundan danışıb. O, ATU-da bu məsələyə xüsusi əhəmiyyət verildiyini və bu baxımdan fakültə tələbə elmi cəmiyyətlərinin (TEC) üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb. Qalib tələbələrin və qalib elmi rəhbərlərin akademik təqaüdlə mükafatlandırılmasını təklif edən M.Həsənov, bunun həm də digər tələbələr üçün təşviqat rolunu oynayacağını diqqətə çatdırıb.
 
Daha sonra çıxış edən Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli TEC-in fəaliyyətinə cəlb olunan və maraq göstərən tələbələrin sonradan böyük uğurlara imza atdıqlarını, cəmiyyətdə həmişə fəallıqları ilə seçildiklərini bildirib. Stabil, inkişaf gedən ölkədə yaşamağın böyük xoşbəxtlik olduğunu deyən dekan bu baxımdan Azərbaycan gənclərinin şanslı olduqlarını vurğulayıb. Qeyd edib ki, hərbi cəbhədə qalibiyyət qazanan ölkənin elm cəbhəsində də qalib olması zəruridir. O, tələbələrin ölkə daxilində və beynəlxalq arenalarda xalqımızı layiqincə təmsil edəcəklərinə inamını ifadə edib.
 
Sonda Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransına hazırlığı əks etdirən videoçarxın təqdimatı olub və TEC-in sədri Lamiyə Yusifovanın sədrliyi ilə panel sessiyasına start verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib