Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 8-ci regional konfransı öz işinə başlayıb
13.05.2022 15:08

Gəncədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 8-ci regional konfrans işə başlayıb.

 

Tədbiri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açaraq konfransın məqsədinin oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olduğunu deyib.

 

Konfransda “Gəncə-Qazax iqtisadi rayonunda oftalmoloji yardımın optimallaşdırılması”, “Uşaqlarda refraksiya patologiyaları və çəpgözlük zamanı aparılan pleoptik, ortoptik və cərrahi müalicə metodlarının effektivliyi”, “Vitreoretinal patologiyanın müasir müalicəsinə dair”, “Astiqmatizm və yüksək dərəcəli miopiyalı xəstələrdə FEMTO-LASIK korreksiyası. Nəticələr”, “Travmatik katarakta zamanı optimal taktika seçimi”, “Allergik konyunktivitlər”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialındaki fəaliyyətləri” kimi məsələlər müzakirə ediləcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib