ÜST mütəxəssisləri ilə birgə ölkəmizdə COVID-19 pandemiyasına qarşı mübarizəyə dair müzakirələr aparılıb
13.05.2022 14:36
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramı ilə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və ÜST-nin həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri Azərbaycana səfər edib.
 
Səfər çərçivəsində yerli səhiyyə qurumları və tərəfdaşların iştirakı ilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin aralıq baxışına dair müzakirələr aparılıb.
 
Tədbirdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, eyni zamanda Aparatın məsul şəxsləri iştirak edib.
 
Qeyd edək ki, keçirilmiş müzakirələrdə Azərbaycanda COVID-19 pandemiyasına qarşı dayanıqlı cavab potensialının təkmilləşdirilməsi, ölkə səviyyəsində koordinasiya, planlaşdırma və monitorinq, xəstələrin idarə edilməsi, innovativ yanaşmalar haqqında biliklərin bölüşülməsi və son tədqiqatlar, epidemioloji nəzarət, kontaktların araşdırılması və izlənməsi, habelə nəzarət və infeksiyanın qarşısının alınmasını əsas götürülüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib