Cənub regionundakı həkim və orta tibb işçilərinin potensialının artırılması üçün YENİ LAYİHƏ
13.05.2022 10:29
TƏBİB və Masallı Bioloji Təbabət Klinikasının birgə təşkilatçılığı ilə cənub regionundakı həkim və orta tibb işçilərinin potensialının artırılması məqsədilə “Çiyin -çiyinə” layihəsi baş tutub.
 
Layihə çərçivəsində cənub bölgəsi üzrə Rayon Mərkəzi Xəstəxanalarının (Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Astara) 120 həkim və orta tibb işçisi üçün “Həyat üçün təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsi”, “İxtisaslaşmış tibbi yardım briqadası gələnədək həyati vacib ilkin tibbi yardım tədbirlərinin görülməsi”, “Daha təkmil ilkin tibbi yardım bacarıqlarının əldə edilməsi üçün baza bilik və bacarıqların artırılması” mövzularında təlimlər keçirilib.
 
Təlimdə TƏBİB-in İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsinin müdiri Anar Mirzəyev çıxış edərək, bu cür təlimlərin davamlı olaraq keçiriləcəyini bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib