Mərkəzi Gömrük Hospitalının nefroloqu Türkiyədə keçirilən konqresdə iştirak edir
13.05.2022 09:45
Mərkəzi Gömrük Hospitalının nefroloqu Türkiyədə XXIV Milli Hipertoniya və Böyrək Xəstəlikləri Konqresində iştirak edir.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov hazırda Türkiyə Hipertoniya və Böyrək Xəstəlikləri Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən XXIV Milli Hipertoniya və Böyrək Xəstəlikləri Konqresində iştirak edir. 11-15 May 2022-ci il tarixlərində Türkiyənin Muğla Dalaman əyalətində keçirilən konqresə dünyanın müxtəlif ölkələrindən təcrübəli nefroloqlar təqdimatlar, maraqlı elmi məqalələr və posterlərlə qatılıblar.
 
Konqresdə “Hemodializ və peritoneal dializ xəstələrində depressiya riski”, Nefroloji Xəstəliklər”, “Kəskin dializ necə təyin edilməlidir?”, “Hipertoniyanın müalicəsində yeniliklər”, o cümlədən nefrologiya sahəsində yeni metodlar, ən müasir texnologiyaların tətbiqi ilə bağlı yeniliklər gündəmə gətirilib.
 
Həmçinin, konqresdə aparıcı professorlar tərəfindən klinik praktikada rast gəlinən hallar, intensiv terapiya nefrologiyasi ilə bağlı təcrübə və tədqiqat nəticələri barədə ətraflı məlumat verilib. Konqresin hər iş gününün sonunda nefroloji xəstəlikləri əhatə edən mövzular ətrafında geniş diskussiyalar və müzakirələr aparılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib