Hazırda xəstəxanalarda 5 patologiya üzrə topuq testi aparmaq mümkündür
13.05.2022 09:37

Bəzi anadangəlmə xəstəliklər uşaq doğulduqdan sonra ilk günlərdə heç bir əlamətlərlə özünü büruzə vermir və yaxud da kliniki simptomları patoqnomonik olmur.

 

Məhz bu səbəbdən bu cür xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicə olunması həm uşaq əlilliyinin profilaktikası, həm də genetik mübadilə pozulmaları xəstəlikləri ilə bağlı uşaq ölümü göstəricisinin azaldılması məqsədilə xüsusi metod-yenidoğulmuşların skrininqi tətbiq olunub.

 

ÜST-nin tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəbər verir ki, tibbi ədəbiyyatda bu test “topuq testi” kimi də adlandırılır. Qeyd etmək vacibdir ki, yenidoğulmuşların skrininqi tibbi xidmətin keyfiyyətini qaldırmaqla bərabər, dövlətin sosial-iqtisadi siyasətinin bir hissəsidir.

 

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2014-cü il 550 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində neonatal skrininqin icrası mümkün olub.

 

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən alınan avadanlıq TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tamamlanmış xüsusi reaktivlər təchiz olunaraq skrininqin icrasına start verilib.

 

Azərbaycanın bütün tibb müəssisələrində həkim və tibb bacıları üçün topuq testi ilə əlaqədar treninqlər keçirilib.

 

Hazırda xəstəxanalarda 5 patologiya üzrə test aparmaq mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub