Əhliman Əmiraslanov: Ölkəmiz TÜRKPA-nın komissiyasının səkkizinci iclasına da uğurla ev sahibliyi edəcək
13.05.2022 08:09

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının Ankarada keçirilən 7-ci iclası öz işini səmərəli şəkildə başa vurdu. Gündəlikdə olan ən aktual məsələlər ətrafında müzakirələr apardıq. Düşünürəm ki, üzv ölkələr arasında komissiyasının fəaliyyət dairəsinə dair əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. 


Aztibb.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında TÜRKPA Komissiyasının, eləcə də Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov tibbi sığorta, tibbi icbari sığorta məsələlərində Türkiyənin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini yüksək dəyərləndirib. Səhiyyə komitəsinin sədri diqqətə çatdırıb ki, TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının 8-ci iclası məhz Azərbaycanda keçiriləcək.

Akademik Əhliman Əmiraslanov ölkəmizin bu tədbirə də uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub